16:05 02-05-2014
news_image
2203
STOLÜSTÜ OYUNLAR

Şəmkirdə şahmat məktəbinin açılış mərasimi keçirilib - FOTO

Şəmkirdə şahmat məktəbinin açılış mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, mərasimdə Şəmkir Rayon İcra başçısı Nazim Veysov, “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov, şahmatçılar Maqnus Karlsen, Teymur Rəcəbov eləcə də mərhum şahmatçımız Vüqar Həşimovun ailə üzvləri iştirak edib.

 

Məktəbdə uşaqlar və yeniyetmələrə müəllimlər tərəfindən şahmat dərsləri keçiriləcək. Mərkəzdə şahmatın sirlərinə yiyələnmək üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, şahmat mərkəzi “Synergy Group” tərəfindən təmir edilib.