23:29 02-05-2014
news_image
444
DİGƏR NÖVLƏR

Dünyanın ən yaşlı olimpiyaçısı öldü

 

Mayın 2-də ABŞ-ın Men ştatının Banqor şəhərində dünyanın ən yaşlı olimpiyaçısı dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 106 yaşlı Uolter Uolş 1948-ci il Olimpiadasında iştirak edib.

 

Uolter Uolş 1948-ci ildə 50 metrə tapançadan atəş açmaq yarışında iştirak edib. O, bütün iştirakçılar arasında 12-ci yeri tutub və olimpiya medalı qazana bilməyib. Amma Uolş olimpiya rekordçusu ola bilib. O, 105 il və 321 gün yaşayaraq, 2013-cü ildə ən yaşlı olimpiyaçıya çevrilib.

 

Uolş 107 yaşının tamam olmasına 2 gün qalmış vəfat edib.