20:03 03-05-2014
news_image
1597
DÖYÜŞ NÖVLƏRİ

"Baku Fires" finalda!

Bu gün Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin cavab qarşılaşmasında Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın “Astana Arlans” komandasını qəbul edib. Apasport.az saytının məlumatına görə, Quba Olimpiya İdman Kompleksində baş tutan görüş Bakı təmsilçisinin qələbəsi ilə başa çatıb.


Belə ki, matç Nurupaşa Talıbovun yetirmələri üçün uğurla başlayıb. İlk 3 təmsilçimiz rinqdə rəqiblərinə gücünü göstərib. Düzdür, ardınca Mixail Dolqolevts məğlubiyyət acısı yaşayıb. Amma axırıncı döyüşdə Hacı Murtuzəliyev qarşılaşmada son nöqtəni qoyub – 4:1.

 

Beləliklə, ilk qarşılaşmada 2:3 hesabı ilə uduzan “Baku Fires” matçın taleyini əlavə görüşə saxlamadan son çempion “Astana Arlans”ı mübarizədən kənarlaşdırıb. Bununla da təmsilçimiz tarixində ilk dəfə finala yüksəlib. Onların həlledici görüşdə rəqibi Kubanın “Cuba Domaderos” klubu olacaq.

 

 

Yarımfinal mərhələsi, cavab görüşü
“Baku Fires” - “Astana Arlans” - 4:1

52 kq. Elvin Məmişzadə - Süleyman İlyasov - 3:0
60 kq. Albert Səlimov - Samat Başenov - Səlimov texniki qələbə qazanıb.
69 kq. Yevgeni Ramaşkeviç - Manat Amirzakov - 3:0
81 kq. Mixail Dolqolevets - Hrvoje Sep - 1:2
+91 kq. Hacı Murtuzəliyev - Filip Hrqoviç - 2:1
 

Qeyd edək ki, cavab qarşılaşması da eyni hesabla “Baku Fires”in xeyrinə başa çatsaydı, əlavə qarşılaşmada Teymur Məmmədov (81 kq) Adilbek Niyazimbetovu sınağa çəkəcəkdi.