Ümumdünya Boks Seriyasında (WSB) ilk finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Kubanın “Cuba Domaderos” klubu yarımfinal mərhələsini uğurla adlayıb.
Moskvada Rusiya komandasını 3:2 hesabı ilə məğlub edən komanda cavab görüşündə şimal qonşularımıza heç bir şans verməyiblər – 5:0.
“Cuba Domaderos”un rəqibi bu gün Quba Olimpiya İdman Kompleksində baş tutacaq “Baku Fires” - “Astana Arlans” qarşılaşmasında bilinəcək.
Qeyd edək ki, Qazaxıstan təmsilçisi yarımfinal mərhələsinin ilk görüşündə 3:2 hesabı ilə qələbə qazanıb.