12:34 04-05-2014
news_image
559
DİGƏR NÖVLƏR

Məşhur idmançı olimpiya medalından məhrum edildi

 

 

Amerikalı sprinter, üçqat dünya çempionu Tayson Qey qadağan olunmuş preparatlar qəbul etdiyi üçün 1 il müddətinə diskvalifikasiya olunub. Apasport.az saytının məlumatına görə, 2013-cü il iyunun 23-də yüngül atletika üzrə ABŞ çempionatı zamanı idmançıdan götürülən dopinq test müsbət nəticə verib.

 

Tayson Qeyin təkrar dopinq testi də müsbət nəticə verdiyindən, sprinter Moskvada keçirilən dünya çempionatını buraxmalı olub. Onun diskvalifikasiya müddəti ötən ilin iyunundan hesablanacaq. Yəni, Qey tezliklə yenidən yarışlarda iştirak edə biləcək. Amma onun 2012-ci il iyulun 15-dən etibarən (ilk dəfə qadağan olunmuş preparatlar qəbul etdiyi vaxtdan) əldə etdi bütün nəticələr ləğv olunacaq. Buna görə də, Tayson Qay London Olimpiadası zamanı 4x100 metr məsafədə qazandığı gümüş medaldan da məhrum edilib. Artıq idmançı medalını ABŞ Olimpiya komitəsinə qaytarıb.