18:37 04-05-2014
news_image

Taekvondoçularımız daha iki medal qazandı

Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatının dördüncü gününə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün yarışa 4 idmançımız qoşulub.

 

Kişilər

68 kq

Taekvodoçumuz Elvin Məmmədov start görüşündə Yunanıstan təmsilçisi Stil Mehteridis-Papadopulusa məğlub olub.

 

74 kq

Keçmiş Avropa çempionu İlkin Şahbazov yarışa ikinci mərhələdən qoşulub. O, ilk görüşündə yunanıstanlı Georgios Roditisə qalib gəlib. Şahbazov növbəti mərhələdə portuqaliyalı Julio Ferreyranı məğlub edib. Amma yarımfinalda Fransa təmsilçisi Torann Meyzeroya uduzub və bürünclə kifayətlənib. 

 

Qadınlar

53 kq

Hülya Öveyoğlu start görüşündə Almaniya təmsilçisi Roksana Nosafta uduzub.

 

67 kq

Fəridə Əzizova yarışa ikinci mərhələdən qoşulub. İdmançımız birinci görüşündə Yunanıstan təmsilçisi Evanqeliya Anastasiadouya qalib gəlib. O, növbəti mərhələdə ispaniyalı Lua Maria Devesin öhdəsindən gəlib. Yarımfinalda isə fransalı Habi Niareyə məğlub olan Əzizova bürünc medal qazanıb. 

 

Qeyd edək ki, bu, taekvondoçularımızın Avropa çempionatında beşinci medalıdır. Bundan əvvəl Radik İsayev (87 kq) Avropa çempionatının qızıl, Ramin Əzizov (80 kq) və Günay Ağakişiyeva (57 kq) bürünc medalını qazanıblar.