15:10 06-05-2014
news_image
279
DİGƏR NÖVLƏR

“Azərbaycan velosipedinin uğurlu gələcəyinə inanıram”

“Turnirin çox yüksək səviyyədə təşkil olunması barədə məlumatlıyam. Lakin ölkənizə bir gün öncə gəldiyimdən hələ Azərbaycanın gözəlliyini tam görə bilməmişəm”. Apasport.az saytının məlumatına görə, bunu 2008-ci ildə “Tour d`France”ın qalibi olan Karlos Sastre deyib.

Mayın 7-11-də keçiriləcək “Tour d’Azerbaidjan” veloyürüşünə fəxri qonaq kimi qatılacaq sabiq idmançı turnirlə bağlı fikirlərini açıqlayıb.

 

O bildirib ki, Azərbaycanda velosiped idmanı və “Synerjy Baku” sürətlə inkişaf edir ki, bu da yeni nəslin inkişafı üçün uğurlu layihədir: “2 il öncə komandamızın üzvü Azərbaycanda mərhələ qalibi olub. Mənə də gəlib burada iştirak etmək xoşdur. Görürəm ki, Azərbaycanda idmanın bu növü inkişaf edir. Komandanızın təcrübəli, gənc perspektivli idmançıları, güclü məşqçiləri var. Bu səbəbdən Azərbaycan velosipedinin uğurlu gələcəyinə inanıram”.