13:50 07-05-2014
news_image
866
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2014”: İlk mərhələ başa çatdı - YENİLƏNİB

Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verilib. Apasport.az saytının məlumatına görə, 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın ilk mərhələsi başa çatıb.

 

Dövlət Bayrağı Meydanından start götürüb, Sumqayıtda başa çatan yürüşün qalibi “Androni Giocatoli” klubunun üzvü hollandiyalı Kenni van Hummel olub. O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış edəcək. Ən yaxşı sprinterin yaşıl köynəyi də ona qismət olub.

 

Ümumi uzunluğu 154 km təşkil edən mərhələdə “Kolss Cyclind Team”in velosipedçisi  ukraynalı Vitali Buts 2-ci olub. Bu idmançı ən yaxşı dağ yürüşçüsü kimi qırmızı köynəyə də sahib çıxıb. “Caja Rural-Seguros”da çıxış edən italiyalı David Viqano 3-cü olub. “Synergy Baku”nun ən yaxşı təmsilçisi Maksim Averin 4-cü olub

 

Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. “Development Team Giant Shimano”nun üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.


Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.