04:33 07-05-2014
news_image

Kliçko toyunu təxirə saldı

 

Boks üzrə dünya çempionu Vladimir Kliçko toyunu təxirə salıb. Apasport.az saytının məlumatına görə, buna Ukraynadakı siyasi vəziyyət səbəb olub.

 

Kliçko və onun rəfiqəsi aktrisa Heyden Panettyer 2009-cu ildən görüşməyə başlayıblar. Cütlük 2011-ci ilin mayında ayrılsa da, 2012-ci ilin dekabrında yenidən bir araya gəlib. 2013-cü ildə isə Kliçko və Panetyyer nişanlanıblar.

 

Aprel ayında Panettyer “Parade Magazine”yə müsahibəsində Ukraynada baş verənlərin onların şəxsi planlarına da mane olduğunu bildirib: “Bəli, siyasi vəziyyət bizim planlarımıza mane olur. Amma bizim vaxtımız var”.