14:28 07-05-2014
news_image
456
DİGƏR NÖVLƏR

Kenni van Hummel: Küləkdən ehtiyat edirdim

“Azərbaycana gəlməzdən əvvəl məni ölkənizin necə olması düşündürürdü. Gəlib hər şeyin əla olduğuna şahid oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014”  veloyürüşünün 1-ci mərhələsinin qalibi “Androni Giocatoli” klubunun üzvü hollandiyalı Kenni van Hummel deyib.

 

O, yürüşdən sonra keçirilən mətbuat konfransında qələbəsinə şərh verib: “Yollarınız çox gözəldir. Fikrimcə, bu gedişlə yarış yalnız inkişaf edə bilər. Startdan əvvəl küləkdən ehtiyat edirdim. Çünki güclü külək əsirdi. Lakin 5 km qət edəndən sonra bir az rahatlaşdım. Finişə 500 m qalmış məni irəli gətirdilər. 300 m qalmış isə özüm irəli sıçradım. Hələlik özümü yarışın deyil, mərhələnin qalibi görürəm. Sabah da eyni uğuru qazanmağa çalışacam”.