14:41 07-05-2014
news_image
603
DİGƏR NÖVLƏR

Sahib Ələkbərov: Sabah Avstriya iqlimi görəcəksiz

“Bu günkü mərhələnin fərqlənənləri çox çətin şəraitdə mübarizə aparıb, qalib oldular. Azərbaycanda 11 iqlim qurşağından 9-u var bu gün də bunlardan birini qonaqlara göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

 

Qurum rəsmisi “Tour d’Azerbaidjan” veloyürüşünün bu gün keçirilən I mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqda danışıb: “İdmançılar səhra və yarımsəhra ilə tanış oldular. Sabah isə İsveçrə və Avstriya iqlimlərini görəcəksiz. Növbəti mərhələlərdə başqa bir gözəlliyin şahidi olacaqsız. “Sinergy Baku”nun üzvü Maksim Averinin göstəricisi yaxşıdır. Komandamız liderlər qrupuna düşə bildi. Düşünürəm ki, növbəti mərhələlərdə velosipedçilərimiz özlərini daha yaxşı göstərəcəklər. Sumqayıtda da hər şey əla idi. Coşqu var idi. Gələcəkdə də belə və hətta daha yaxşı olacaq”.