15:09 08-05-2014
news_image
973
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2014”: Sloveniyalıların İsmayıllı zəfəri - YENİLƏNİB

Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət yarışın bu hissəsinin start xətti Bakıda, finişi əyalətdə olub.

 

Belə ki, 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürüb, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşən idmançılar paytaxtı tərk edib 187 km məsafəyə gediblər.

 

Mərhələnin qalibi İsmayıllıda müəyyənləşib. Finiş xəttini birinci sloveniyalı Primoz Roqliç (“Adria Mobil”) keçib. Avstraliyalı Uilyam Klark (“Drapak Professional Cycling”) 2-ci, italiyalı Rafael Andriato (“Neri Sottoli”) 3-cü olub. Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, “Kolss Cyclind Team”in velosipedçisi  ukraynalı Vitali Buts ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verilib.

 

Qeyd edək ki, yarışın 3-cü günündə iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (180 km) qayıdacaqlar.