09:44 08-05-2014
news_image
504
DİGƏR NÖVLƏR

Karlos Sastre: Hər şey əla olacaq

“Veloparkda şərait yüksək səviyyədədir. Hər şey çox gözəldir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014” veloyürüşünə fəxri qonaq kimi qatılan 2008-ci il “Tour de France”in qalibi olmuş ispaniyalı Karlos Sastre deyib.

O, yürüşün 2-ci mərhələsindən öncə keçirilən brifinqdə fikirlərini açıqlayıb: “Turnir də əla səviyyədə keçirilir. Təşkilatçılıq barədə yalnız xoş sözlər demək olar. Bunun üçün də Bakı-2015-in uğurla keçəcəyinə inanıram. Bugünkü mərhələyə gəldikdə isə hava yenə küləklidir. Fikrimcə, yaxşı mübarizə gedəcək. İnkişafa gəldikdə isə uşaqlardan başlamaq lazımdır. Məsələn, mən İspaniyadanam. Burada öncə uşaqları kurslara cəlb etdik. Əvvəl onlara bu idman növünün təhlükəsizliyini öyrədirik. Ardınca velosiped idman növünə sevgi də böyük tol oynayır. Bu təcrübələrdən Azərbaycanda yararlansa, hər şey əla olacaq”.