15:52 08-05-2014
news_image
611
DİGƏR NÖVLƏR

“Azərbaycanda olmaqdan həzz alıram”

“Dünən çətin oldu, külək güclü idi. Lider köynəyini geyindiyim üçün çox sevincliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri avstraliyalı velosipedçi Uilyam Klark deyib.

 

“Tour d’Azerbaidjan-2014” veloyürüşündə ümumi hesabda liderliyə yüksələn idmançı uğurunu dəyərləndirib: “İstərdim ki, liderin daşıdığı göy köynəyi özümdə mümkün qədər çox saxlayım. Axşam yaxşı istirahət edib, buna nail olmağa çalışacam. Azərbaycana ilk dəfə gəlirəm. Yarış əladır. Mən burada olmaqdan həzz alıram”.