15:57 08-05-2014
news_image
450
DİGƏR NÖVLƏR

Sahib Ələkbərov: Bu köynəyin sahibi o qədər sevincli idi ki...

“Tozlu-torpaqlı ilk gündən sonra belə mənzərəli yerdə mübarizəyə şahidlik etmək çox maraqlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

 

Qurum rəsmisi “Tour d’Azerbaidjan” veloyürüşünün bu gün keçirilən II mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqda danışıb: “Hətta ağ-bənövşəyi köynəyin sahibi o qədər sevincli idi ki, bu geyimi almağa da gəlmədi. Bu yarış ikinci dəfədir indiki adı ilə keçirilir. Düşünürəm ki, iki mərhələnin yekununa əsasən bütün tələbləri yerinə yetirmişik. Qarşıdakı günlərdə daha mənzərəli yerlərdə mərhələlər olacaq. Son mərhələ isə Bakıda keçiriləcək və həmin gün daha yaxşı hava olacaq”.

 

Qeyd edək ki, ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona verilib.