23:22 08-05-2014
news_image
1028
DİGƏR NÖVLƏR

Azərbaycan 2015-ci ildə “Formula-1” yarışını qəbul edəcək

2015-ci ildən etibarən “Formula-1” yarışlarının təqvimində dəyişiklik ediləcək. Apasport.az saytının məlumatına görə, FOM (Formula One Management) və  FOA (Formula 1 Administration) prezidenti Berni Ekklstoun bildirib ki, bundan sonra Koreya Qran-prisinin keçirildiyi tarixdə Azərbaycan Qran-prisi keçiriləcək.

 

“Biz Bakıda “Formula-1” mərhələsinin keçirilməsi ilə bağlı müqavilə imzalamışıq. Təqvimdə bu mərhələ Koreya Qran-prisinin yerini tutacaq. Azərbaycandakı yarışlar 2015-ci ildən etibarən keçirilməyə başlayacaq – deyə, Ekklstoun qeyd edib.