23:59 08-05-2014
news_image

Kliçkonun rəqibi bəlli oldu

 

Beynəlxalq Boks Federasiyası (IBF) IBF, WBA, WBO vg IBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçkonun növbəti rəqibini müəyyən edib. Apasport.az saytının məlumatına görə, Kliçko IBF titulu uğrunda bolqarıstanlı Kubrat Pulevlə görüşməlidir. Gözlənildiyinə görə, Kliçko-Pulev görüşü sentyabr ayında Almaniyada baş tutacaq.

 

“Kobra” ləqəbli 33 yaşlı Pulev professional rinqdə 20 görüş keçirib və onların hamısında qələbə qazanıb. Bu görüşlərdən 11-i vaxtından əvvəl bitib. Bolqarıstanlı boksu həvəskar səviyyədə 2008-ci il Avropa çempionu titulunu qazanıb.

 

Qeyd edək ki, hər iki boksçu sonuncu döyüşünü apreldə keçirib. Kliçko avstraliyalı Aleks Lepaini beşinci raunda nokauta salıb. Pulev xorvat İvitsa Perkoviç üzərində üçüncü raunda texniki nokautla qələbə qazanıb.