14:02 09-05-2014
news_image
713
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2014”: Afrikalı idmançı hamıdan öndə - YENİLƏNİB

Bu gün “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi Bakıdan kənarda baş tutub.


25 komanda mübarizənin 3-cü günündə saat 10:30-da Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. Velosipedçilər bu dəfə 180 km məsafəni qət ediblər.

 

Finiş xəttinə CAR təmsilçisi Yusif Requiqui (“MTN Şubeka) hamıdan tez çatıb. Sloveniyalı Matey Mureli (“Adria Mobil”) 2-ci olub. İlk “üçlüy”ü isə isveçli Kristian Yensen (“Development Team Guant-Şimano”) tutub.

 

Qeyd edək ki, 4-cü mərhələ Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. Velosipedçilər 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.