05:26 09-05-2014
news_image
384
DİGƏR NÖVLƏR

Useyn Boltun 20 min avroluq idman ayaqqabısını apardılar

 

 

Dünyanın ən sürətli adamı Useyn Boltun 20 min avro qiyməti olan idman ayaqqabıları oğurlanıb. Apasport.az saytının məlumatına görə, hadisə Kroydon şəhərində baş verib.

 

Qiymətli ayaqqabının itirilməsi idmançını kədərləndirib. Sosial şəbəkələrdə oğruya müraciət edən Bolt idman ayaqqabısını qaytarmağı xahiş edib: “Mən bilirəm ki, məni sevirsən. Amma başa sal, mənim üstündə “Useyn Bolt” yazılan idman ayaqqabımı oğurlamaq nəyə lazım idi? Bilirəm ki, onlar qaytaracaqsan. Məndən xahiş etsəydin, başqasının əşyasını oğurlamaq məcburiyyətində qalmazdın”.

 

Cavab reaksiyası olmadığından, Bolt polisə müraciət edib. Amma oğru tapılmayıb və Bolt da başqa bir idman ayaqqabısı sifariş etməyə məcbur olub.