14:19 09-05-2014
news_image
348
DİGƏR NÖVLƏR

Dəyişməz lider

Bu gün keçirilən “Tour d’Azerbaidjan-2014” veloyürüşünün 3-cü mərhələsi ümumi hesaba ciddi təsir etməyib. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət yarışın yarıdan çox arxada qaldıqdan sonra avstriyalı Uilyam Klark (“Drapak Professional Cycling”) liderliyini qoruya bilib.

 

O, sabahkı starta da göy köynəkdə çıxacaq. Sloveniyalı Primoz Roqliç (“Adria Mobil”) ən yaxşı dağ yürüşçüsü kimi daşıdığı qırmızı köynəyə daha bir gün sahiblik edəcək. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi köynəyin də sahii dəyişməz qalıb. Burada liderlik isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) məxsusdur.

 

Yeganə dəyişiklik sloveniyalı Matey Muqerli (“Adria Mobil”) ilə bağlıdır. Balkanlı ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib.