15:00 09-05-2014
news_image
1120
DİGƏR NÖVLƏR

“Azərbaycan mənə düşərlidir”

“Öncə təşkilatçılara təşəkkür edirəm. Mən burda ikinci dəfədir oluram. Azərbaycanda olmaq mənə həmişə xoşdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014” veloyürüşünün bu gün keçirilən üçüncü mərhələsinin qalibi Yusif Requiqui deyib.

 

CAR təmsilçisi “MTN Şubeka” şərəfini qoruyan əslən əlcəzairli idmançı finişə çatdıqdan sonra təşkil olunan mətbuat konfransında qələbəsinə şərh verib: “2012-ci ildə də qalib gəlmişdim. Bugünkü mərhələnin əvvəli yorğun idim. Məşqçim və komanda yoldaşlarım mənə dəstək oldu. Finişə 60 km qalmış mənə dedilər ki, gözlə hələ peleton arxadadır. Onlar gözləyib birdən sıçrayış etməyi məsləhət gördülər. Mən də belə edib mərhələnin birincisi oldum. İstənilən ölkədə qalib olduqda ora sənə xoşbəxt məkana çevrilir. Bunun üçün də Azərbaycan mənə düşərlidir. 2012-ci ildəki kimi eyni yollar idi. Elə həminki kimi bir sprinter vardı. 2 il əvvəl birinci olmasaq da, bu dəfə qalib gəlməyi bacardıq. Çünki artıq harada necə etməli olduğumuzu bilirdik”.”