15:31 09-05-2014
news_image
783
DİGƏR NÖVLƏR

“Bundan narahat deyildik”

“Sıçrayış qrupu çox güclü idi. Biz onları bir qədər boş buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri avstriyalı velosipedçi Uilyam Klark deyib.

 

“Tour d’Azerbaidjan-2014” veloyürüşündə ümumi hesabda liderliyi qoruyan idmançı üçüncü mərhələni dəyərləndirib: “Lakin bundan narahat deyildik. Çünki onlar adətən təsnifatda qalib gələ bilmirlər. Xüsusilə də ilk 50 km çox gərgin keçdi. Sabahkı mərhələ də çox çətin olacaq. Amma dağ mərhələsində də liderliyimi qorumağa çalışacağam”.