15:59 09-05-2014
news_image
583
DİGƏR NÖVLƏR

“Onlar “Bakı terminatoru” adını ala bilərlər”

“Mən bura Azərbaycan Velosiped İdmanı Federasiyasının dəvəti ilə gəlmişəm. İlk dəfədir ölkənizdə oluram”. Apasport.az saytının məlumatına görə, bu sözləri velosiped idmanı veteranı, "Tour d`Franca"nın 9 mərhələsinin qalibi Camaləddin Abducaparov deyib.

 

Ölkəmizdə keçirilən “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun qonağı olan 50 yaşlı özbəkistanlı üçüncü mərhələdən sonra yarış haqda fikirlərini açıqlayıb:

“Mən yarışı izlədim. İdmançıların mübarizliyini bəyəndim. Turnir çox gözəl təşkil olunub. Bu işi görənlərin hər birinə minnətdarlıq eləmək lazımdır. Yusif Requiquinin mərhələnin qalibi olmasına da çox sevinirəm. Onu Əlcəzair turunda da görmüşdüm. Orada da uğurla çıxış etmişdi. Ləqəbimə gəlincə isə hansısa müsəlman ölkəsindən gəlib Avropada ulduzların içində qazandığım uğurlara görə mənə verilib. Yəqin ki, məni məğlub edə bilmədiklərindən bu ləqəbi veriblər. Azərbaycanlılara gəlincə sizdə bunun üçün yaxşı şərait var. Sadəcə gənclərə diqqət yetirib, onlara təkan vermək lazımdır. Bununla yanaşı onların özlərində də xarakter, əzmkarlıq, inanılmaz qələbə əzmi olduğu zaman “Bakı terminatoru” adını ala bilərlər. Təki müsəlman ölkələrinin idmançılarının uğurları çox olsun”.