13:06 10-05-2014
news_image
582
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2014”: Yenə CAR təmsilçisi - YENİLƏNİB

Bu gün “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 4-cü mərhələsi baş tutub. Apasport.az saytının məlumatına görə, yürüşün bu hissəsi saat 10:30-da Qəbələdən start götürüb.

Velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş edib. Onlar 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında mərhələyə yekun vurub.

Qalib dünən olduğu kimi yenə CAR-ın “MTN Kubeka” komandasının velosipedçisi olub. Linus Gerdemann hamıdan tez finişə çatıb. İlnur Zakarin (“Rusvelo”, Rusiya) və Vitali Buts (“Kolss”, Ukrayna) müvafiq olaraq II və III olub.

Qeyd edək ki, 5 mərhələdən ibarət veloyürüş sabah başa çatacaq.