13:43 10-05-2014
news_image
649
DİGƏR NÖVLƏR

Almaniyalı idmançı: Bu gün qalib olmağa çoxu can atırdı

“Sevinirəm ki, hər şey plan üzrə getdi. Bəlkə də vaxtından əvvəl irəli atıldım. Amma hər şey alındı və mərhələnin qalibi oldum”. Apasport.az saytının məlumatına görə, bunu “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun IV mərhələsinin qalibi olmuş Linus Gerdemann deyib.

Bu ildən CAR-ın “MTN Kubeka” komandasının şərəfini qoruyan Linus Gerdemann bu gün Qəbələdən Şamaxının Pirqulu rəsədxanasına kimi olan məsafəni hamıdan tez qət edib. 31 yaşlı idmançı sevincini bölüşüb.

Almaniyalı idmançının sözlərinə görə, zədəsi olmasına baxmayaraq, qalib gəlib: “Planım birinci yoxuşda irəli atılmaq idi. Amma elə oldu ki, liderlər qrupu daha tez sıçrayış etdi. Yürüş çətin və sürətli keçdi. Mənim bir az çətinliyim vardı. Amma bu dəfə hər şey mənim üçün alındı. Ardınca İlnurla bir-birimizi əvəzləyərək gəldik və finişə mən birinci çatdım. Mənim üçün bu, çətin gün idi. Bu gün qalib olmağa çoxu can atırdı. Ancaq mövsümdə ilk qələbəmi qazandığım üçün xoşbəxtəm. İndi istəyirəm, istirahət edim. Dediyim kimi, çətinliyim – zədəm vardı. Bunu aradan qaldırıb ilin sonuna kimi daha 3 yarışa qatılacağam. “Tour d’Azerbaidjan”ı çox yüksək qiymətləndirirəm və bunun karyeramda mühüm yeri olacaq”.

Qeyd edək ki, Linus Gerdemann “Tour d’France-2007”nin VII mərhələsinin qalibi olub.