12:49 11-05-2014
news_image
481
DİGƏR NÖVLƏR

“Tour d'Azerbaidjan-2014”: 5 mərhələlik yarış bitdi - YENİLƏNİB

Bu gün 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yürüşün son – V mərhələsi Bakıda keçirilib.

Velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat 9:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.

 

Mərhələnin qalibi adına Fransanın “La Pomme Marsille 13” komandasının üzvü Yustin Yules layiq görülüb. Finiş xəttini onun ardınca veloyürüşün liderlərindən olan Yusif Reqiqi (MTN-Kubeka, CAR) keçib. İlk “üçlüyü” isə Adrian Honkiş (“CCC Polsat Polkoviçe”, Polşa) qapayıb.

Qeyd edək ki, yarışa qatılan 22 ölkədən 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 km məsafəni qət edib.