13:46 11-05-2014
news_image
532
DİGƏR NÖVLƏR

“Əmin olduq ki, Bakı Avropa Oyunlarına hazırdır”

“Tour d`Azerbaidjan-2014”ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Velosiped İttifaqının vitse-prezidenti Aleksandr Qusyatnikov deyib.

 

Ölkəmizdə keçirilən 5 mərhələdən ibarət veloyürüşü canlı izləyən qurum rəsmisi təşkilatçılıqdan razı qalıb. Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi vəzifəsini də icra edən Qusyatnikov bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyası bununla 2015-ci ildə I Avropa Oyunlarına hazır olduğunu bir daha nümayiş etdirib: “Bir daha əmin olduq ki, Bakı həmin böyük yarışa hazırdır. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdır və hər dəstəyi verir. Azərbaycanda idmana ölkə başçısı tərəfindən böyük dəstək var. Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani sübutdur”.