14:29 11-05-2014
news_image
460
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2014”də fərqlənənlərin SİYAHISI

Bu gün “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun yekuna əsasən müxtəlif nominasiyalarda ən yaxşılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5 fərqli forma elə 5 ölkənin idmançılarına qismət olub.
 

Belə ki, yarışın ümumi qalib adına “RusVelo”nun velosipedçisi İlnur Zakarin layiq görülüb. O, mərhələ qalibi olmasa da, 5 günün yekununa əsasən göy formaya sahib çıxıb.

 

Bütün liderlər (ümumi nəticəyə görə)

Göy forma (ümumi təsnifat mərhələsinin lideri) – İlnur Zakarin (“RusVelo”, Rusiya)
Yaşıl forma (ən yaxşı sprinter) – Vitali Buts (“Kolss”, Ukrayna)

Qırmızı forma (ən yaxşı dağ yürüşçüsü) – Linus Gerdemann (“MTN Kubeka”, CAR)

Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) – Pobert Pauer (Avstraliya milli komandası)

Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) – Samir Cəbrayılov (“Synergy Baku”, Azərbaycan)

 

Komanda hesabında birinci yeri Ukrayna "Kolss"u tutub. Azərbaycan təmsilçisi “Synergy Baku” isə 25 komanda arasında 10-cu olub.