14:36 11-05-2014
news_image
282
DİGƏR NÖVLƏR

Zakarin: Onların sayəsində qalib adını qazandım

“Bu gün çox çətin mərhələ idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014” veloyürüşünün ümumi təsnifat mərhələsinin qalibi İlnur Zakarin deyib.

 

Rusiyanın “RusVelo” komandasının şərəfini qoruyan velosipedçi Azərbaycanda qazandığı qələbəni şərh edib. O, bildirib ki, ölkəmizdə əldə etdiyi göy köynəyin dəyəri çox yüksəkdir: Komanda yoldaşlarım mənə dəstək oldular və onların sayəsində qalib adını qazandım. Gələcəkdə daha da inkişaf etmək istəyirəm və bunun üçün çalışacam”.