14:48 11-05-2014
news_image
383
DİGƏR NÖVLƏR

Son mərhələ qalibinin şərhi

“Bu gün keçirilən mərhələyə Rusiyanın “RusVelo” komandası yaxşı nəzarət etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014” veloyürüşünün bu gün başa çatan 5-ci mərhələsinin qalibi Yustin Yules deyib.

 

Fransanın “La Pomme Marsille 13” komandasının üzvü finişə çatdıqdan sonra təşkil olunan mətbuat konfransında qələbə sevincini bölüşüb: “Yoxuş çox çətin idi. Biz 6 dəfə həmin yoxuşdan keçməli olduq. Komandam mənə lazımı köməyi etdi və sonda mərhələni qalib kimi bitirdim. Bunun üçün birinci yeri uğurlu nəticə saymaq olar. 30-40 nəfərlə birgə irəlilədikdə bunu bacarıram. Yarışın təşkilatçılığına gəlincə, hər şey yüksək səviyyədə idi”.