15:09 11-05-2014
news_image
401
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2014”dən sonra yaxşı hisslər keçirən kimdir?

“Çox yaxşı hisslər keçirirəm. Bu, komandamız üçün yaxşı nəticədir”. Apasport.az saytının məlumatına görə, bunu “Tour d’Azerbaidjan-2014”un yekununa əsasən ən yaxşı gənc velosipedçisi Robert Pauer deyib.

 

Avstraliya milli komandasının üzvü ağ-bənövşəyi formanı qazanmasına münasibət bildirib: “Bunun üçün sevincliyəm. Ən azından bir köynəyi qazandıq və nəticəmdən çox razıyam”.