15:16 11-05-2014
news_image
575
DİGƏR NÖVLƏR

Samir Cəbrayılov: Bunun üçün mənə 2 il vaxt lazımdır

Azərbaycanın “Synerji Baku” komandasının velosipedçisi Samir Cəbrayılov “Tour d’Azerbaidjan-2014”də çıxışı barədə danışıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin gənc və perspektivli velosipedçisi hələ çox çalışmağın vacibliyini dilə gətirib.

 

O bildirib ki, bu yarışda göy-qırmızı-yaşıl, alov əksi olan formanı qazanmasına baxmayaraq, gələcəkdə əsas arzusu liderlikdir: “Mənə bu köynəyi qazanmaq xoşdur. Amma gələcəkdə çox çalışaraq, göy köynəyi qazanmaq istərdim. Bunun üçün mənə təxminən 2 il vaxt lazımdır”.