11:30 12-05-2014
news_image

Fransa millisi Bakıda kubok yarışında

Bakı Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks turniri davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 12 ölkənin 150 idmançısı mübarizə aparır.

 

Turnirdə milli komandamızla yanaşı, Fransa, Finlandiya, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İrlandiya, Latviya və Macarıstan boksçuları qüvvələrini sınayırlar. 13 çəki dərəcəsi üzrə keçirilən yarışda millim geniş tərkibli heyətlə çıxış edir.

 

Final döyüşləri mayın 14-də saat 14:00-da başlayacaq.

 

Qeyd edək ki, seçmə komandamız sentyabrda Rusiyada keçiriləcək Avropa birinciliyinə hazırlaşır.