14:22 12-05-2014
news_image
450
FUTBOL

“Simurq”dan ayrılmaq ehtimalım var”

“Simurq”un legioneri Anderson Oliveyra Topaz Premyer Liqası başa çatmamış vətəni Braziliyaya yollanıb. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib. Zədəli olan müdafiəçi “Simurq”dan ayrılmaq ehtimalı olduğunu da bildirib:

 

“Hazırda Braziliyadayam. İstirahət edirəm. “Simurq”la danışıqlara başlamışıq. Amma hələ də razılığa gəlməmişik. Başqa təkliflər olsa, onları da dəyərləndirəcəyəm. Azərbaycandan başqa hansısa klubların mənimlə maraqlandığını bilmirəm. Amma “Simurq”dan ayrılmaq ehtimalım da var”.