06:15 13-05-2014
news_image
639
FUTBOL

ABŞ yığmasının ilk heyəti açıqlandı

Futbol üzrə ABŞ millisinin baş məşqçisi Yurqen Klinsman dünya çempionatına aparacağı heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, genişləndirilmiş heyətə 30 futbolçu daxil edilib. 23 nəfərlik yekun heyətin Azərbaycanla oyundan sonra açıqlanacağı gözlənilir.

 

ABŞ millisinin heyəti:

 

Qapıçılar: Bred Quzan (“Aston Villa” İngiltərə), Tim Hovard (“Everton”, İngiltərə), Nik Rimando (“Real Solk-Leyk”).

 

Müdafiəçilər: DaMarkus Bizli (“Puebla”, Meksika), Mett Besler (“Sportinq Kanzas-Siti”), Con Bpuks (“Herta”, Almaniya), Ceff Kemeron (“Stok Siti”, İngiltərə), Timoti Çendler (“Nurnberq”, Almaniya), Bred Evans (“Sietl Saunders”), Omer Qonsales (“Los-Anceles Qelaksi”), Klarens Qudson (“San-Xose Ertkveyks”), Fabian Conson (“Hoffenhaym”, Almaniya), Maykl Parkxyorst (“Kolambus Kryu”), DeAndre Yedlin (“Sietl Saunders”).

 

Yarımmüdafiəçilər: Kayl Bekerman (“Real Solt-Leyk”), Alexandro Bedoyya (“Nant”, Fransa), Maykl Bredli (“Toronto”, Kanada), Co Korona (“Tixuana”, Meksika), Bred Devis (“Xyuston Dinamo”), Mikkel Diskerud (“Rusenborq”, Norveç), Moris Edu (“Filadelfiya Yunion”), Culian Qrin (“Bavariya”, Almaniya), Ceremeyn Cons (“Beşiktaş”, Türkiyə), Qrexem Zusi (“Sportinq Kanzas-Siti”).

 

Hücumçular: Jozi Altidor (“Senderlend”, İngiltərə), Terrens Boyd (“Rapid”, Avstriya), Klint Dempsi (“Sietl Saunders”), Lendon Donovan (“Los-Angeles Qelaksi”), Aron Yohannsson (“AZ Alkmar”, Hollandiya), Kris Vondolovski (“San-Xose Ertkveys”).

 

Qeyd edək ki, Azərbaycan yığması mayın 27-də dünya çempionatına hazırlaşan ABŞ millisi ilə yoldaşlıq görüşü keçirəcək. Baş məşqçimiz Berti Foqts isə Yurqen Klinsmanın müşaviri postunu tutacaq.