11:39 13-05-2014
news_image
699
DİGƏR NÖVLƏR

“Synergy Group”da görüş - FOTOSESSİYA

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Tour d’Azerbaidjan-2014” beynəlxalq veloyürüşdə ölkəmizi təmsil edən “Synergy Baku” komandasının üzvləri yarışın baş sponsoru “Synergy Group” rəhbərliyi ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri “Synergy Group”un Müşahidə Şurasının sədri Riyad Hüseynov komanda üzvlərini qəbul edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib: “Tour d`Azerbaidjan” velosiped yürüşündə dünyanın ən güclü komandaları ilə mübarizə aparmaq asan deyil. Komandamızın cəmi 18 aydır ki fəaliyyət göstərməsini nəzərə alsaq, sizin hər biriniz üçün bu veloyürüş mühüm hadisə, dəyərli təcrübədir. Ölkəmizdə hər sahədə olduğu kimi, bu idman növünə olan qayğı nəticəsində xeyli irəliləyiş var. Biz də öz növbəmizdə “Davamlı gələcəyə doğru” şüarımıza sadiq qalaraq Azərbaycanda bu sahənin daha da inkişafını dəstəkləyirik. Əsas məqsədimiz sizin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları və 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyinizə yardım etməkdir. Bunun üçün zəruri olan hər bir dəstəyi göstərməyə hazırıq”.
 

2013-cü il komanda üçün debüt ili olsa da, “Synergy Baku” üzvləri ötən il iştirak etdikləri mötəbər yarışlarda 15 dəfə fəxri kürsüyə qalxıblar. “Tour d’Azerbaidjan-2014”də isə “Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.
 

Həmçinin, komandanın heyətində bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları, irlandiyalı Metyu Bremmier, Konnor Makkonvey, Azərbaycanın Elit və U-23 milli komandalarının üzvləri Elçin Əsədov, Tural İsgəndərov kimi güclü velosipedçilər var. Komandaya rəhbərlik edən peşəkar menecer və məşqçilər heyət üzvlərinin dinamik inkişaf planını hazırlayıb həyata keçirməkdədirlər.