17:30 16-05-2014
news_image
5495
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Tehrandan bürünc medalla qayıdır - YENİLƏNİB

İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 gün davam edən turnirdə Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri güclərini yoxlayıblar. Yalnız 1 qarşılaşmada uduzan millimiz yarışın bürünc medalını qazanıb.

 

Belə ki, ilk yarış günündə qrup mərhələsinin 4 turu baş tutub. B qrupunda yer alan Cəmşid Xeyrabadinin yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün ilk qarşılaşmasında ev sahiblərini sınağa çəkiblər. Komandamız cənub qonşularımızdan acı məğlubiyyət alsa da, ardınca bunu unutdura bilib. Güləşçilərimiz Ermənistan millisini döşəyə çıxmağa peşman ediblər. Onlar keçirdikləri 8 döyüşün hamısında rəqiblərinə qalib gəlməkdə çətinlik çəkməyiblər. 

 

III turda yığmamız Koreya millisi ilə üz-üzə gəlib. Həmyerlilərimiz üçün bu rəqib də keçilməz olmayıb və təmsilçimiz 5:3 hesablı qələbəyə sevinib.

 

Bu gün qrup mərhələsinin son görüşü baş tutub. Komandamız Finlandiya güləşçilərini sınağa çəkiblər. Bu qarşılaşmanı da qələbə ilə başa vuran yığmamız qrupda 2-ci olub.

 

Qaydalara əsasən, güləşçilərimiz digər qrupun 2-cisi olmuş komanda ilə Dünya Kubokunun bürünc medalı uğrunda üz-üzə gəlib. Bizim üçün həlledici qarşılaşmada rəqib Macarıstan güləşçiləri olublar. Xeyrabadinin yetirmələri bu dəfə də layiqli qələbə qazanıblar və fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Müqayisə üçün bildirək ki, qrup mərhələsində məğlub etdiyimiz Ermənistan yarışı sonuncu – 10-cu yerdə bitirib. 

 

15-16 may

B qrupu
I tur

Koreya – Ermənistan - 3:5

İran – Azərbaycan - 8:0

59 kq - Həmid Soryan - Taleh Mammadov – 1*:1 
66 kq - Omid Noruzi - Azad Əliyev – 7:6
71 kq - Səid Abdevali - Rüstəm Əliyev – 9:0 
75 kq - Fərhad Əlizadə - Elvin Mürsəliyev - 7:1
80 kq - Həbibulla Əxlaqi - Emin Əhmədov - 5:0
85 kq -Taleb Nemətpur - Şəhriyar Məmmədov - 3:1
98 kq - Mehdi Əliyari - Araz Həsənov - 2:0
130 kq - Bəşir Babacanzadə - Valera Rodriges - 2:0

 
II tur

Azərbaycan - Ermənistan – 8:0

59 kq - Orxan Əhmədov - Narek Xaçatryan – 8:0 
66 kq - Həsən Əliyev - Gevorq Sahakyan – 8:0
71 kq - Rəsul Cunayev – Rəfəyel Aleksanyan – 8:0 
75 kq - Elvin Mürsaliyev - Karapet Çalyan - 1*:1
80 kq - Emin Əhmədov - Rafik Manukyan - 8:2
85 kq - Şəhriyar Məmmədov - Hraç Ovhannisyan - 2:0
98 kq - Saman Təhmasibi - Movses Adamyan - 6:3
130 kq - Sabah Şəriəti - Vaçik Yegiazaryan - 4:1

 

Finlandiya – Koreya - 4:4*


III tur

İran – Koreya - 7:1

Finlandiya - Ermənistan - 5:3


IV tur

Azərbaycan – Koreya - 5:3

59 kq - Taleh Məmmədov - Gi-uk Çoy - 5:0
66 kq - Həsən Əliyev - Han-Su Ryu - 2:0
71 kq - Rəsul Çunayev - Ji Hyun Junq - 5:0
75 kq - Elvin Mürsəliyev - Hyeo Vu Kim - 3:10
80 kq - Emin Əhmədov - June Hyonq Kim - 0:2
85 kq - Şəhriyar Məmmədov - güləşçi yoxdur
98 kq - Saman Təhmasibi - Hak Bon Gu - 2:2*
130 kq - Sabah Şəriəti - Yonq Min Kim - 3:0

 

İran - Finlandiya - 8:0
 

V tur

Azərbaycan – Finlandiya - 6:2

59 kq - Orxan Əhmədov - Jani Haapamaki 1:0
66 kq - Həsən Əliyev - Tero Valimaki 6:0
71 kq - Rəsul Çunayev - Henri Palomaki 8:0
75 kq - Elvin Mürsəliyev - güləşçi yoxdur
80 kq - Emin Əhmədov - Aleksandr Kazakeviç 2:5
85 kq - Şəhriyar Məmmədov - Antti Hakala 2:0
98 kq - Araz Həsənov - Timo Kallio 2:0
130 kq - Sabah Şəriəti - Mindauqas Mizqaitis 0:3 (güləşçimiz zədələnib)

 

Ermənistan – İran - 3:5

 

Turnir cədvəli: İran (4 qələbə, 0 məğlubiyyət), Azərbaycan (3-1), Koreya (1-3), Finlandiya (1-3), Ermənistan (1-3)

 

 

A qrupu
I tur

Rusiya – Macarıstan - 5:3

ABŞ – Türkiyə - 3:5


II tur

Qazaxıstan – Rusiya - 0:8

Macarıstan - ABŞ - 8:0
 

III tur

Türkiyə – Rusiya - 1:7

Qazaxıstan - Macarıstan - 4:4* (12:16)
 

IV tur

ABŞ – Rusiya - 1:7

Türkiyə - Qazaxıstan - *4:4 (21:14)
 

V tur

Macarıstan – Türkiyə - 7:1

ABŞ - Qazaxıstan - 3:5

 

Turnir cədvəli: Rusiya (4-0), Macarıstan (2-2), Türkiyə (2-2), Qazaxıstan (1:3), ABŞ (0:4)

 

9-cu yer uğrunda: ABŞ - Ermənistan - *4:4 (21:15)

7-ci yer uğrunda: Qazaxıstan - Finlandiya - *4:4 (17:15)

5-ci yer uğrunda: Türkiyə - Koreya - *4:4 (18:14)

 

Üçüncü yer uğrunda

Azərbaycan - Macarıstan - 6:2

59 kq – Taleh Məmmədov - Csongor Knipli - 11:0
66 kq – Həsən Əliyev - Krisztian  Jager - 3:0
71 kq – Rəsul Çunayev - Balint Korpasi - 4:2
75 kq – Elvin Mürsəliyev - Laszlo Szabo - 3:0
80 kq – Emin Əhmədov - Gabor Madaraş - 2:0 (tuşe)
85 kq – Şəhriyar Məmmədov - Viktor Lorincz - 0:1
98 kq – Araz Həsənov - Balazs Kiss - 0:4
130 kq – Sabah Şəriəti - Balint Lam - 1:0

 

Final

İran-Rusiya