14:39 16-05-2014
news_image

Biri dayandı, dördü irəliləyir

Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş boks turniri davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançıları da mübarizə aparır.

 

Turnirin ilk günündə 2 boksçumuz rinqə çıxıb. 49 kq çəki dərəcəsində çıxış edən Hacı Fərziyev rusiyalı Vasili Yeqorova uduzaraq, mübarizəni dayandırıb – 1:2. Milli komandamızın üzvü Rauf Rəhimov (81 kq) isə yarışa qələbə ilə başlayıb. Boksçumuz iranlı Hacıabbasi Məcidini üstələyib – 3:0.

 

Növbəti gün daha 3 boksçumuz rinqə çıxıb. Seçmə komandamızın daha bir üzvü Tural Əhmədov (56 kq) Rusiya təmsilçisi Vladimir Kormiki məğlub edib – 3:0. Boksçumuz ikinci görüşdə də qələbə qazanıb. Əhmədov bu dəfə şimali koreyalı Çha Gil Yonqdan üstün olub. İman Əhmədli də (64 kq) turnirə qələbə ilə başlayıb. Boksçumuz moldovalı Dmitri Qanevdən güclü olub – 3:0.

 

Son dünya çempionatının iştirakçısı Pərviz Bağırov (69 kq) da qələbəyə sevinib. Həmyerlimiz Çin idmançısı Fanq Jen Yunu yarışdan kənarlaşdırıb – 3:0. 60 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov isə iranlı Golora Forootana uduzub.