11:25 19-05-2014
news_image
487
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz özünə gələ bilmir

Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə Dünya kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışa uğursuz başlayıb.

 

Belə ki, öncə skit növündə hədəf önünə keçən Olimpiya çempionumuz Zemfira Meftahəddinova finala yüksələ bilməyib və yarışı 66 xalla 16-cı pillədə başa vurub. Onunla eyni növdə mübarizə aparan Nurlana Cəfərova isə 65 xal toplayıb və 20-ci olub.

 

Qeyd edək ki, 46 ölkədən 313 snayperin mübarizə apardığı yarışda Emin Cəfərov, Fuad Qurbanov, Paşa Əhədpur (hər üçün skit), Əlimirzə Quliyev, Əli Hüseynli və Elvin İsmayılov (hər üçün trap) da dəqiqliyini yoxlayacaqlar.