14:27 20-05-2014
news_image
502
DİGƏR NÖVLƏR

Daha 3 idmançımız medalsız qaldı

Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə Dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə medal qazana bilməyən Azərbaycan yığmasının daha 3 üzvü çıxışını mükafatsız başa vurub.

 

Belə ki, skit növündə hədəf önünə keçən snayperlərimizdən Emin Cəfərov 37-ci, Paşa Əhədpur 68-ci və Fuad Qurbanov 71-ci yeri tutub.

 

Həmyerlilərimizdən Əlimirzə Quliyev, Əli Hüseynli və Elvin İsmayılov (hər üçü trap) isə mayın 24-də yarışa qoşulacaq.

 

Qeyd edək ki, Dünya Kubokunun ilk günündə Zemfira Meftahəddinova 16-cı, Nurlana Cəfərova 20-ci yeri tutub.