16:12 20-05-2014
news_image
654
DİGƏR NÖVLƏR

ABŞ yığmasının qapıçısı: Onların necə oynadığını bilirik

ABŞ yığmasının qapıçısı Tim Hovard millimizlə yoldaşlıq görüşü öncəsi açıqlama verib. Apasport.az xəbər verir ki, o, yerli mətbuata yığmasının durumundan danışıb: “Gənc komandamız var. Düşünürəm ki, 2010-cu ildəki komandadan daha güclüyük. Hamı yığmanın təcrübəsiz olduğunu düşünür. Yox, belə deyil. Komandadan olan gənc futbolçular uğur qazanmaq üçün alışıb-yanırlar. Millimizdə yaxşı pleymerkerlər var. Biz onların necə oynadığını bilirik. Kollektiv oyun bizi daha da güclü edir. Qarşıdakı oyunlar da bunu göstərəcək. Bizi atletik komanda adlandırmaq olar”.