06:13 21-05-2014
news_image
447
DİGƏR NÖVLƏR

Məşhur tennisçi adını dəyişdi

 

Kişilər arasında dünyanın üç nömrəli tennisçisi adını dəyişib. Apasport.az saytının məlumatına görə, Vavrinka artıq Stanislas adına hay verməyəcək.

 

İsveçrəli tennisçi adını daha qısa edib. Artıq ATP-nin saytında onun adı Sten kimi dəyişdirilib. Vaxtilə Stanislav Vavrinka kimi çağırılan Sten Vavrinka hazırda dünya reytinqində üçüncü yerdə gedir. O, “Böyük dəbilqə” seriyasından “Rolan Qarros” turnirində korta çıxmağa hazırlaşır.