12:18 23-05-2014
news_image
443
DİGƏR NÖVLƏR

6-cı mərhələyə 6-cı yerdə - VİDEO

İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşü davam edir. Apasport.az saytının məlumatına görə, 36 komandanın iştirak etdiyi yarışda “Synergy Baku” komandasının şərəfini Connor McConvey, Daniel Klemme, Markus Eybeger, Yan Sokol və Kristof Şvayzer qoruyur.

 

Veloyürüşün 168.9 km-dən ibarət 5-ci mərhələsində komanda üzvlərimizdən ən yaxşı nəticə Kristof Şvayzerə məxsusdur - o finiş xəttini mərhələ qalibi, “BRITAIN Velosure Giordana” komandasının polşalı üzvü Marcin Bialoblocki ilə eyni vaxtda - 3 saat, 58 dəqiqə, 11 saniyəyə keçib və 4-cü olub.

 

Bu nəticə velosipedçimizə ümumi təsnifatda xeyli irəliləməyə şərait yaradıb – hazırda Kristof Şvayzer liderdən 36 saniyə geri qalmaqla 6-cı mövqedədir. Bu gün keçirilən 6-cı mərhələdə iştirakçılar 167.9 km məsafə qət edəcəklər.