09:08 24-05-2014
news_image
623
DİGƏR NÖVLƏR

İdmançımız İrlandiyada mərhələ qalibidir - VİDEO

İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşünün 6-cı mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün daha bir qələbə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, 36 kollektivin iştirak etdiyi yarışın 167.9 km-lik bu mərhələsi təmsilçimiz Markus Eybegerin finiş xəttini birinci keçməsilə əlamətdar olub.

 

Ötən ay Fransada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşünün 4-cü mərhələsinin də qalibi olan Eybeger cari mövsüm “Synergy Baku” heyətində 2-ci qalibiyyətinə imza atıb - velosipedçimiz 4 saat, 15 dəqiqə, 11 saniyə nəticə ilə starta çıxan 129 iştirakçı arasında mərhələ qalibiyyətinin sevincini yaşayıb. O finiş xəttini 2-ci keçən velosipedçini düz 6 saniyə qabaqlayıb.

 

6 mərhələdən sonra ümumi sıralanmada Kristof Şvayzer liderdən 55 saniyə geri qalmaqla 5-ci mövqedə qərarlaşır. Sabah keçiriləcək 7-ci mərhələdə iştirakçılar 147.7 km məsafə qət edəcəklər. 8 mərhələdən ibarət yürüşə mayın 25-də yekun vurulacaq.

 

Qeyd ki, yarışın 3-cü mərhələsi “Synergy Baku”nun digər üzvü Yan Sokolun qələbəsilə əlamətdar olmuşdu.

 

Mənbə: avif.az