16:04 25-05-2014
news_image
535
DİGƏR NÖVLƏR

Markus Eybeger İrlandiyanın dağ kralıdır - VİDEO

İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşünün 7-ci mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün daha bir uğurla yadda qalıb. Apazsport.az saytının məlumatına görə, 36 kollektivin iştirak etdiyi yarışın 147.7 km-lik bu mərhələsi “Synergy Baku”nun üzvü Markus Eybegerin dağ kralı nominasiyasında liderliyə yüksəlməsi ilə əlamətdar olub.


6-cı mərhələdə ən yaxın izləyicisini 6 saniyə qabaqlamaqla finiş xəttini 1-ci keçən Markus Eybeger 7-ci mərhələdə 6-cı yeri tutmasına baxmayaraq, ən yaxşı dağ velosipedçisinə verilən köynəyi ələ keçirməyi bacarıb və bu gün keçiriləcək sonuncu mərhələdə onu qorumağa çalışacaq. Xatırladaq ki, Markus Eybeger ötən ay Fransada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşünün 4-cü mərhələsinin də qalibi olub. İrlandiya turunun 3-cü mərhələsində isə “Synergy Baku”nun digər üzvü Yan Sokol mərhələ qalibiyyətinin sevincini yaşamışdı.


7 mərhələdən sonra ümumi sıralanmada Kristof Şvayzer liderdən 55 saniyə geri qalmaqla əvvəlki kimi 5-ci mövqedə qərarlaşır. Bu gün keçiriləcək sonuncu, 8-ci mərhələdə iştirakçılar 134.3 km məsafə qət edəcəklər.