11:30 26-05-2014
news_image
533
DİGƏR NÖVLƏR

“An Post Ras” veloyürüşündə uğurlu sonluq - VİDEO

İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşü Azərbaycanın “Synergy Baku” komandası üçün uğurla başa çatıb. Apasport.az saytının xəbərinə görə, təmsilçilərimiz 8 mərhələdən ibarət yarışı 2 mərhələ qalibiyyəti və 1 köynəklə başa vurublar.

36 kollektivin iştirak etdiyi yarışın 134.3 km-lik sonuncu mərhələsində “Synergy Baku”nun üzvü Daniel Klemme finişi liderdən 38 saniyə gec keçməklə 2-ci yeri tutub – 2 saat, 58 saniyə, 45 saniyə. Eyni nəticəyə imza atan Kristof Şvayzer isə 16-cı olub. Bu Şvayzerə yekun sıralanmada 5-ci pillədəki yerini qorumağa imkan verib.

7-ci mərhələnin ən yaxşı dağ velosipedçisi olan Markus Eybeger isə 8-ci mərhələdə bu üstünlüyünü qoruya bilib və bununla da 97 xalla “An Post Ras” veloyürüşünün “Dağ Kralı” adına layiq görülüb.

Xatırladaq ki, Eybeger bu yarışın 6-cı mərhələsində finiş xəttini 1-ci keçməklə mərhələ qalibiyyəti sevinci də yaşamışdı. İrlandiya turunun 3-cü mərhələsində isə “Synergy Baku”nun digər üzvü Yan Sokol hamıdan güclü olmuşdu. Əldə edilən bu nailiyyətlər “Synergy Baku”nun yarışı komanda hesabında 5-ci pillədə bitirməsinə şərait yaradıb.