19:41 26-05-2014
news_image
575
DİGƏR NÖVLƏR

Bakıda “X-Ride” cross-country - FOTOSESSİYA

 

“SharkHead/velopeople” İdman Klubu Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə dağ velosipedinin (MTB) “X-Ride” cross-country növü üzrə həvəskarlar arasında açıq Bakı kuboku yarışı təşkil edib. Apasport.az saytının məlumatına görə, yarış 6 mərhələdən ibarətdir.

 

Reqlamentə əsasən, hər mərhələdə iştirakçılar xallar toplayır və 6 mərhələnin yekununa əsasən ən çox xal toplayan 10 velosipedçi oktyabrda keçiriləcək final mərhələsində iştirak hüququ əldə edəcək. İlk mərhələ Xocahəsən gölünün yanında, 2015-ci il ilk Avropa Oyunlarının dağ velosipedi üzrə yarışlarının keçiriləcəyi trasda baş tutub.

 

Nəticələrə gəlincə, Pərviz İlyasov (10 xal), Rauf Dünyamalıyev (9 xal) və Amil Əbdülhəsənov (8 xal) ilk 3 pilləni tutublar. Qaliblər yarışın baş sponsoru “United Sport” idman malları mağazası tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər. 2-ci mərhələ iyunun 8-də Zığ şosesindəki “Gənclk” parkında keçiriləcək.