22:01 26-05-2014
news_image
501
DİGƏR NÖVLƏR

Polşa Olimpiada yarışından imtina etdi

 

Polşanın tarixi paytaxtı 2020-ci il Olimpiadasının keçirilməsi uğrunda yarışdan imtina edib. Apasport.az saytının məlumatına görə, Krakovun meri bunu əhalinin narazı olması ilə izah edib.

 

Mer Yatsek Mayxrovski layihədən çıxdıqları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi ilə danışıqlara başladıqlarını bildirib: “Krakov Olimpiya oyunlarını təşkil etmək səylərini dayandırır. Əhali bizi dəstəkləmədi. Mən çox təəssüf edirəm ki, referendum Krakovun şanslarının üzərindən xətt çəkdi”.

 

Qeyd edək ki, bazar günü keçirilən referendumda Krakov əhalisinin 69,72 faizi şəhər ərazisində qış Olimpiadasının keçirilməsinin əleyhinə çıxıb.

 

Beləliklə, Beynəlxalq Olimpiya Komitəsinin siyahısında Pekin (Çin), Oslo (Norveç), Alma-Ata (Qazaxıstan) və Lvovun (Ukrayna) adı qalıb.