20:31 30-05-2014
news_image
302
DİGƏR NÖVLƏR

“Tour of Estonia”da 1-ci mərhələ

 

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Estonia” veloyürüşündə ilk mərhələni uğurla başa vurub. Apasport.az saytının məlumatına görə, 2 mərhələli yarışda komandamız 7 velosipedçi ilə təmsil olunur.

 

Paytaxt Tallindən Tartuya qədər olan 190 km məsafəni komanda üzvlərimizdən ən tez Maykl Şvayzer və Maksim Averin başa vurub – onlar mərhələ qalibindən 1 saniyə geri qalmaqla müvafiq olaraq 3-4-cü yerləri bölüşüblər. Sabah keçiriləcək ikinci mərhələdə iştirakçılar 150 km məsafə qət etməlidirlər.

 

Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edir ki, bunlardan da 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.