15:49 31-05-2014
news_image
729
STOLÜSTÜ OYUNLAR

Rəcəbov irəlilədi, Məmmədyarov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun ayı üçün tərtib olunan siyahı Azərbaycan qrossmeysterləri üçün uğursuz alınıb.

 

Şahmatçılarımızdan Eltac Səfərli (ötən ay 2656 xalla 89-cu idi) ilk “yüzlüy”ü tərk etdiyi halda, Şəhriyar Məmmədyarovla Rauf Məmmədov geriləyiblər.

 

Belə ki, 17 xal itirən Məmmədyarovun reytinqi 2743-ə düşüb. Bu səbəbdən də 5 rəqibini özündən irəli buraxan təmsilçimiz 16-cı pilləyə enib. Məmmədov isə 1 xal geriləməklə (2659) 86-cı (-2) yerdədir.  

 

Onlardan fərqli, Teymur Rəcəbov mövqeyini bir qədər yaxşılaşdırıb. Reytinq xalını 2724-ə (+11) çatdıran həmyerlimiz 34-cü pilləni 27-yə dəyişib.

 

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Yeni siyahıda da norveçli Maqnus Karlsen (2881) liderliyini davam etdirdiyi halda, Levon Aronyan (Ermənistan, 2815) ikinci, Aleksandr Qrişuk (Rusiya, 2792) üçüncü yerdədir.